RU

“Ekspertlər təyyarənin vurula biləcəyi ilə bağlı fərziyyəni öyrənirlər” - Türkiyəli jurnalist

“Türkiyəli ekspertlər Gürcüstanda qəzaya uğrayan hərbi təyyarənin vurula biləcəyi ilə bağlı fərziyyəni öyrənirlər”.

Missiya.Az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin şərhçisi Abdulkadir Selvi məlumat verib.

"Bizim təyyarə qəzaya uğrayıb, yoxsa vurulub? Bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparılır. Həm təyyarənin qəzaya uğrama ehtimalı, həm də vurulma ehtimalı araşdırılır", - deyə şərhçi vurğulayıb.

O bildirib ki, Cənubi Qafqaz problemli regiondur.

"Ona görə də bütün mümkün variantlar öyrənilir", - deyə Selvi əlavə edib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəzaya uğrayan təyyarənin qara qutusunun Türkiyəyə aparılacağını bəyan edib.

Daşqın HəsənovMissiya.Az

Избранный
19
missiya.az

1Источники