
ABŞ-nin Qəzzada müvəqqəti hərbi baza yaratmaq planı yalan məlumatdır.
Missiya.Az xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karolin Leavitt deyib.
Leavitt bildirib ki, yayılan xəbərlər yalnız bir kağız parçasına əsaslanır:
"Hekayəni yazan müxbir bunu rəsmi plan kimi qiymətləndirdi, lakin bu, ABŞ-nin maraqlandığı bir məsələ deyil", – deyə o qeyd edib.
Sözçü həmçinin ABŞ Prezidenti Donald Trampın Qəzzada atəşkəs və sülhün bərqərar olması istiqamətində işləri davam etdirdiyini və Amerika əsgərlərinin Qəzzada yerləşdirilməsi planının olmadığını vurğulayıb.
Seyranə QuliyevaMissiya.Az