"Barselona"nın idarə heyətinin keçmiş üzvü Xavi Vilaxoana klubun yeni prezident seçkiləri haqda danışıb.
QOL.az "Marca"ya istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisinin hazırkı rəhbəri Joan Laportanın vəzifəsindən göndərilməli olduğunu deyib:
"Əminəm ki, Laporta qalsa, klubun gələcəyi olmayacaq. Ya kluba həqiqətən xidmət etməlisən, ya da heç nə etmək məcburiyyətində deyilsən".
Prezident əvvəlcə öz bacarıqlarına güvənməlidir. Amma digər tərəfdən investisiya da lazımdır.
"Mən optimistəm. "Barselona"nı bu vəziyyətdən çıxarmağın yolları var. Lakin bunun üçün iradə və məsuliyyət tələb olunur".