RU

Beynəlxalq yarış çərçivəsində yollarda təhlükəsizliyə fasiləsiz nəzarət olunur - DİN

Gəncədə keçirilən ilk Aerobika gimnastikası üzrə Avropa çemoionatı ilə əlaqədar olaraq, Daxili İşlər Nazirliyinin (DİN) müvafiq qurumları, o cümlədən DYP hazırda gücləndirilmiş iş rejimində xidmət aparır. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, təhlükəsizlik tədbirləri çərçivəsində yarışların keçirildiyi ərazi üzrə nəqliyyatın fasiləsiz hərəkətinin təşkili, yarış zonalarına giriş-çıxışların tənzimlənməsi və şəhər nəqliyyatında mümkün sıxlıqların qarşısının alınması istiqamətində zəruri tədbirlər görülür.

“Bütün yol hərəkəti iştirakçılarını ölkəmizin tanıdılmasına xidmət edən mötəbər idman tədbirinin təhlükəsiz şəraitdə keçirilməsinə töhfə verməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.

Избранный
12
4
sia.az

9Источники