Bu gün futbol üzrə növbəti dünya çempionatının (DÇ-2026) Avropa zonası üzrə seçmə mərhələsi çərçivəsində növbəti oyunlar keçiriləcək.
Arena.az xəbər verir ki, bütövlükdə 4 qrup üzrə 8 qarşılaşma baş tutacaq.
D qrupunda yer almış Azərbaycan yığması İslandiyanı qəbul edəcək. Bu qrupun digər görüşündə Fransa yığması Ukrayna millisi ilə üz-üzə gələcək.
Portuqaliya yığması İrlandiya millisinin müqavimətini qırmağa çalışacaq. İngiltərə milli komandası isə Serbiya yığması ilə matçda qələbə seriyasını davam etdirməyə çalışacaq.
DÇ-2026-nın seçmə mərhələsi
13 noyabr
D qrupu
21:00. Azərbaycan – İslandiya
23:45. Fransa – Ukrayna
Xallar: Fransa – 10. Ukrayna – 7. İslandiya – 4. Azərbaycan – 1.
F qrupu
21:00. Ermənistan – Macarıstan
23:45. İrlandiya – Portuqaliya
Xallar: Portuqaliya – 10. Macarıstan – 5. İrlandiya – 4. Ermənistan – 3.
I qrupu
21:00. Norveç – Estoniya
23:45. Moldova – İtaliya
Xallar: Norveç – 18. İtaliya – 15. İsrail – 9. Estoniya – 4. Moldova – 1.
K qrupu
23:45. İngiltərə – Serbiya
23:45. Andorra – Albaniya
Xallar: İngiltərə – 18. Albaniya – 11. Serbiya – 10. Latviya – 5. Andorra – 1.

