RU

Qəzaya görə konsertlərini LƏĞV ETDİ

Türkiyəli reper Hakan Aydın (Blok3) bütün konsertlərini təxirə saldığını açıqlayıb.

Ölkə.az xəbər verir ki, buna səbəb Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində 20 türk əsgərinin şəhid olmasıdır.

Şəhid xəbərlərinin yayılmasından sonra reper Blok3 sosial şəbəkə hesabında paylaşım edərək qarşıdakı üç gün ərzində planlaşdırılmış konsertlərini təxirə saldığını bildirib. 

O, paylaşımında şəhidlərə Allahdan rəhmət diləyib və ailələrinə başsağlığı verib: “Azərbaycandan ölkəmizə gəlmək üçün yola çıxan hərbi yük təyyarəsinin qəzaya uğradığı xəbərini böyük bir kədərlə öyrəndik. Həyatını itirən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və millətimizə səbir diləyirik. Qarşıdakı konsertlərimizi daha sonrakı tarixə təxirə salırıq”.

Həmidə İbrahimova

Избранный
12
1
olke.az

2Источники