RU

Məcnun Məmmədov: Büdcədən kənd təsərrüfatına ayrılan vəsait artırılıb

2026-cu ilin dövlət büdcəsində kənd təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə 547,8 milyon manat vəsait nəzərdə tutulub ki, bu da cari ilin büdcəsi ilə müqayisədə 11,9 milyon manat və ya 2,1 faiz az, 2024-cü ilin faktiki xərcləri ilə müqayisədə 42,1 milyon manat və ya 8,3 faiz çoxdur.

Teleqraf xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.

O bildirib ki, nəzərdə tutulan vəsaitdən 483,2 milyon manat Aqrar Kredit və İnkişaf Agentliyinin fəaliyyət istiqamətləri ilə bağlı tədbirlərə, 55,5 milyon manat Aqrar Xidmətlər Agentliyininfəaliyyət istiqamətləri ilə bağlı tədbirlərə, 9,1 milyon manat isə Nazirlik tərəfindən həyata keçirilən tədbirlərə sərf olunacaq.

Nazir həmçinin əlavə edib ki, kənd təsərrüfatı sektor üzrə icra göstəricilərinə əsasən, 2024-cü ildə kənd təsərrüfatın məhsullarının ümumi istehsal həcminin 52.6%-i heyvandarlıq sahəsinin, 47.4%-i bitkiçilik sahəsinin payına düşüb, kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ödəmədə payı 5,7% təşkil edib.

Избранный
56
teleqraf.com

1Источники