2026-cı ilin büdcə layihəsində məktəbəqədər təhsil sahəsinə 468,2 milyon manat vəsait nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında deyib.
Növbəti ildə məktəbəqədər təhsil sahəsində alternativ təhsil və maliyyələşmə modellər əsasında məktəqədər təhsilə cəlb edilmiş uşaq sayının 30 min nəfərə çatdırılması nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsində əvvəlki illə müqayisədə 8 milyon manat çox olmaqla 27,2 milyon manat vəsaot nəzərdə tutulub. Həyata keçirilən tədbirlər nəticəsində məktəbəqədər təhsilə cəl olunmuş uşaqların sayının 1-5 yaşlı uşaqların sayınanisbətində növbəti ildə də artım gözlənilir cə biz bu sayın 40%-dən yuxarı olmasını proqnozlaşdırırıq.
Məktəbə hazırlıq qruplarının açılması və fəaliyyəti üzrə 2026-cı ilin büdcə layihəsində 37,3 milyon manat vəsait nəzərdə tutulmuşdur. 2025-2026-cı tədris ilində dövlət büdcəsi vəsaiti hesabına ümumi təhsil müəssisələrinin 5000-dən çox qrupta 86000 uşaq məktəbə hazırlığa cəlb ediləcək.
5 yaş uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 80%-ə çatdırılacaq.