RU

Moldovaya girişinə icazə verilməyən tələbələr ölkəyə qaytarılacaq - RƏSMİ

Moldovaya girişinə icazə verilməyən 40-dan çox azərbaycanlı tələbə ölkəyə qaytarılacaq.

Ölkə.az xəbər verir ki, bunu "Report"un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, Azərbaycanın Moldovadakı Səfirliyi məsələ barədə məlumatlıdır və qeyd edilən gənclərə hər bir dəstək göstərilib:

"Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq".

Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, 40-dan çox azərbaycanlı tələbə Kişineu beynəlxalq hava limanında gözlənilməz problemlə üzləşib. Onların Moldovaya girişlərinə icazə verilməyib.

Избранный
21
17
olke.az

10Источники