RU

Ermənistan parlamentinin iclası təxirə salınıb - Paşinyan əsəbiləşdi

Ermənistan parlamentinin iclası hakim "Vətəndaş müqaviləsi" partiyasından lazımi sayda deputatın olmaması səbəbindən 20 dəqiqə təxirə salınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Qeyd edilib ki, ölkənin 2026-cı il üçün dövlət büdcəsi layihəsinin müzakirəsində iştirak etmək üçün parlamentə gələn Baş nazir Nikol Paşinyan qəzəblənərək noutbukun qapağını çırpıb və iclasın başlanması üçün kvorum olmadığına görə spiker Alen Simonyanı danlayıb.

Избранный
8
1
bakivaxti.az

2Источники