ain.az, Bizim media portalına istinadən məlumat yayır.
Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə Azərbaycana qaytarılacaq.Bizim.Media xəbər verir ki, bunu "Report.az"a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.O bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır və həmin gənclərə hər bir dəstək göstərilib:"Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. Tələbələr ölkəmizə geri qaytarılacaq".Xatırladaq ki, sosial şəbəkədə yayılan məlumata görə, 40-a yaxın azərbaycanlı tələbə Kişineu beynəlxalq hava limanında gözlənilməz problemlə üzləşib. Onların Moldovaya girişlərinə icazə verilməyib. Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.