Azərbaycanda noyabrın 14-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək.
Havanın temperaturu gecə 9-12, gündüz 15-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 millimetr civə sütunu, nisbi rütubət isə gecə 80-85, gündüz 70-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-10, gündüz 15-20, dağlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti olacaq.
DOĞRU.AZ