RU

Bibiheybət məscid-ziyarətgah Kompleksində şəhidlərin əziz xatirəsi anılıb (FOTO)

Bakı. Trend:

Vətən müharibəsindəki Şanlı Qələbənin 5 illiyi münasibəti iləBibiheybət məscid-ziyarətgah Kompleksində şəhid ailələrinin üzvlərivə qazilərin iştirakı ilə ənənəvi görüş keçirilib.

Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyətindən məlumatverilib.

Bildirilib ki, tədbirin əvvəlində Ulu Öndər Heydər Əiyevin,torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda həlak olmuşşəhidlərimizin və bir neçə gün əvvəl Gürcüstan ərazisində qəzayauğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yüktəyyarəsində həlak olan hərbiçilərin əziz xatirəsi bir dəqiqəliksükutla yad edilib.

Tədbiri açıq elan edən Bibiheybət Məscid-ziyarətgah Kompleksidini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsi QazilərŞurasının üzvü hacı Rahib Babayev tədbir iştirakçılarını ŞanlıZəfərimizin 5 illiyi münasibəti ilə təbrik edib. Qeyd edib ki, uzunillər etdiyimiz dualar və arzularımız çin oldu. MöhtərəmPrezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevinsərkərdəliyi ilə şanlı ordumuz 44 günlük Vətən Müharibəsi və dahasonra lokal antiterror tədbirləri nəticəsində torpaqlarımızişğaldan azad olunaraq ərazi bütövlüyümüz bərpa edildi. Buna görədə biz öz şəhidlərimizə, qazilərimizə, igid əsgər və zabitlərimizəminnətdarıq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzu edirik.

Bu gün şəhidlərimizin ailələri, qazilərimiz ölkə başçımızın vəBirinci Vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısıilə əhatə edilib. Onlara dəstək üçün lazımi tədbirlər görülür.Çünki bu Şanlı Qələbəmizə görə biz ollara borcluyuq.

Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti BaşçısıAparatının şöbə müdiri müavini İsrafil Kərimov, Dini Qurumlarla İşüzrə Dövlət Komitəsi Bakı Regional bölməsinin müdiri Anar Kazımov,Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri Qabil Vahidov, şəhidanası Mehriban Əmrahova, müharibə veteranı, polkovnik BəhrəmAtakişiyev və başqaları şəhid ailələri, müharibə vereranlarıgöstərilən diqqət və qayğıya görə Ölkə başçısı İlham Əliyev vəBirinci Vitse-prezident Mehriban xanım Əliyevaya özminnətdarlıqlarını bildirdilər.

Bibiheybət
Bibiheybət
Bibiheybət
Bibiheybət
Bibiheybət
Bibiheybət
Bibiheybət
Bibiheybət
Bibiheybət
Bibiheybət
Bibiheybət
Избранный
23
11
az.trend.az

10Источники