Növbəti köç karvanları Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə çatıb.
Hakimiyyet.az xəbər verir ki, Xocalı rayonunun Badara və Daşbulaq kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Daşbulaq kəndinə 9 ailə, - 31 nəfər, Badara kəndinə 6 ailə - 19 nəfər köçürülüb.