RU

Samir Abasov 4 oyunluq cəzalandırıldı

style='margin-bottom:10px;'>

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

QOL.az xəbər verir ki, iclasda Misli Premyer Liqasında 11-ci turun “Qarabağ” – “Neftçi” oyununda yaşananlarla bağlı qərarlar verilib.

Matçın 90-cı dəqiqəsində “Qarabağ” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Qarabağ” komandası 6000 manat cərimə edilib.

Oyunun 84-cü dəqiqəsində “Neftçi” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 3500 manat cərimə edilib. “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə “Neftçi” komandası 7000 manat cərimə edilib. 

“Neftçi” azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə “Neftçi” komandası 3000 manat cərimə edilib.

Oyun bitdikdən sonra “Neftçi” komandasının baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə 4 oyunluq cəzalandırıb., klub 10000 manat cərimə edilib.

Избранный
24
2
teleqraf.com

3Источники