RU

Dövlətlər kosmosu hərbi məqsədlər üçün istifadə edir?- ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, müasir qarşıdurmalar artıq kosmosda gedir və gələcək müharibələr də orada başlayacaq. O, Rusiyanın 2022-ci ildən bəri kosmosda casusluq fəaliyyəti apardığını, Fransaya məxsus peykləri izlədiyini və GPS siqnallarını pozduğunu bildirib. Makron Rusiyanın kosmosda nüvə silahı yerləşdirmə hədəsini "şokedici və bəşəriyyət üçün fəlakət" adlandırıb. 
Fransa Prezidentinin "gələcək müharibələr kosmosda başlayacaq" fikri nə dərəcədə realdır? Bu, beynəlxalq münasibətlərdə yeni mərhələnin başlanğıcını göstərə bilərmi?

Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Bu fikir əslində yeni deyil. Makron burada bir yenilik etməyib. Artıq bir neçə ildir ki, dövlətlər bu istiqamətdə hazırlıqlar aparırlar. Xüsusən inkişaf etmiş ölkələr - Amerika, NASA təşkilatı vasitəsilə, eləcə də Çin bu istiqamətdə çox ciddi çalışmalar həyata keçirir. Rusiyanın da təbii ki, bu fəaliyyətləri var. Bu, kosmosda  təhlükəli bir məsələnin, həm də prosesin əsasını qoya bilər. Biz kosmosdan dinc məqsədlər üçün, müsbət istiqamətlərdə istifadə imkanlarını araşdırsaq və bu formada istifadə olunsa, daha məqsədəuyğun olar. Nəinki  müharibələr və hərbi məqsədlər üçün. Artıq baxırıq ki, həm Fransanın, həm Rusiyanın timsalında dövlətlər hərbi məsələlərə köklənirlər və ya köklənmək istəyirlər. Bu, çox təhlükəli bir xəbərdir. Düşünürəm ki, kosmosda gərginliyin olması, münaqişə ilə bağlı məsələlərin ortaya çıxması çox ciddi risklər yarada bilər. Bu ideyanın geniş yayılması və dövlətlərin kosmosda hərbi, silahlı hazırlıqlar həyata keçirməsi mənfi nəticələr doğuracaq. Bu ideyanın özü belə çox pis tendensiyadır. Düşünürəm ki, böyük dövlətlər bu məsələdə daha konstruktiv mövqe tutmalı və kosmosun dinc məqsədlər üçün istifadəsinə daha çox köklənməlidirlər". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
4
olaylar.az

1Источники