RU

Özbəkistan Prezidenti YUNESKO-nun yeni baş direktoru ilə görüşdü

BAKI, 13 noyabr. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev YUNESKO-nun yeni baş direktoru seçilmiş Xalid əl-Ananini qəbul edib.

Teleqraf xəbər verir ki, görüşdə qurumun Baş Konfransının Daşkənddə keçirilmiş 43-cü sessiyasının yekunları və YUNESKO-Özbəkistan əməkdaşlığının gələcək inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər Özbəkistan və YUNESKO arasında sistemli və məhsuldar əməkdaşlığın geniş sahələri əhatə etdiyini məmnunluqla qeyd ediblər. Təşkilatın ölkədəki fəaliyyətinin genişləndirilməsi, birgə proqram və təşəbbüslərin praktiki həyata keçirilməsinə yönəldilməsi istiqamətində səyləri daha da gücləndirməyə hazır olduqlarını təsdiqləyiblər.

YUNESKO-nun Baş Konfransının sessiyası çərçivəsində Özbəkistan Prezidentinin irəli sürdüyü strateji təşəbbüslərin birgə həyata keçirilməsi məsələləri ətraflı müzakirə olunub.

Избранный
21
teleqraf.com

1Источники