RU

“General çox təkəbbürlü idi, Prezident bunu görüb işdən çıxardı”

“General-mayor İlqar Abbasov çox təkəbbürlü idi”.

Avtosfer.az xəbər verir ki, bunu deputat Razi Nurullayev Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi - general-mayor İlqar Abbasov, çox təkəbbürlü idi. O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı”, - deyə deputat əlavə edib.

Qeyd edək ki, İ. Abbasov ötən ay Prezident İlham Əliyevin Sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. O, 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuşdu./qafqazinfo

Избранный
20
11
avtosfer.az

10Источники