RU

Aybəniz Haşımovanın tələbələri ABŞ də qalib oldu

Bakivaxti saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-nin Nyu-York şəhərində dünyaca məşhur “9-cu Florida Keys Beynəlxalq Musiqi müsabiqəsi”nin qaliblərinin qala konserti baş tutub.

Bakıvaxtı.az xəbər verir ki, builki tədbir görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunub. Tədbirdə dünyanın bir çox ölkələrindən qatılmış 50-dən çox gənc musiqiçi iştirak edib.

Müsabiqədə Azərbaycanı Əməkdar artist Aybəniz Haşımovanın tələbələri Milana Nəbiyeva və Tamara Rzayeva təmsil edib. Sənətçi sosial şəbəkədə bu barədə paylaşım edərək bu sözləri yazıb:

“Amerikada keçirilən 9-cu Florida Keys Beynəlxalq Musiqi müsabiqəsində iki tələbəm Milena Nəbiyeva və Tamara Rzayeva qalib oldu. Bu münasibətlə məni də peşəkar səviyyədə tələbələr yetişdirdiyimə görə diplomla təltif etdilər. Tələbələrim artıq təkcə Azərbaycanda deyil, dünyanın hər yerində Vətənimizi şərəflə təmsil edirlər. Bu məni çox sevindirir və qürurlandırır. Nə yaxşı ki, mən azərbaycanlıyam!”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
4
3
bakivaxti.az

4Источники