RU

AFFA Premyer Liqanın 5 klubunu CƏRİMƏLƏDİ

Misli Premyer Liqasında çıxış edən 5 klub cərimələnib.
 
Moderator.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar çıxarılıb.
 
XI turun "Qəbələ" – "Sumqayıt" oyununda 4 futbolçusu sarı vərəqə aldığı üçün "gənclik şəhəri" təmsilçisi 700 manat ziyana düşüb. "Zirə" isə "Turan Tovuz"la matçda 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün eyni məbləği ödəyəcək.
 
"Turan Tovuz"un futbolçusu Roberto Olabe 61-ci dəqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə növbəti matçda meydana çıxmayacaq. Həmçinin Tovuz klubu 500 manat cərimələnib.
 
"Kəpəz" - "Sabah" matçında meydan sahibləri 5, qonaqlar isə 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat ziyana düşüblər.
Избранный
13
12
moderator.az

10Источники