İran 12 günlük müharibəyə görə ABŞ-dan təzminat tələb edir
Ajans.az xəbər verir ki,bu barədə məlumatı ISNA xəbər agentliyi yayıb. Bildirilir ki, tələb İranın xarici işlər naziri Abbas Əraqçinin BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda qeyd olunub. Tehran müraciətinin əsas arqumenti kimi “ABŞ prezidenti Donald Trampın İsrailin İrana qarşı təcavüzündə rolunu etiraf etməsini” göstərib. Məktubda deyilir: “ABŞ bu pozuntular nəticəsində İslam Respublikasına və onun vətəndaşlarına dəyən maddi və mənəvi ziyanı tam şəkildə kompensasiya etməyə borcludur.” Əraqçi həmçinin vurğulayıb ki, Tehran Vaşinqton və Təl-Əvivdəki ayrı-ayrı vəzifəli şəxsləri məsuliyyətə cəlb etmək üçün bütün hüquqi mexanizmlərdən istifadə etmək hüququnu özündə saxlayır.