“Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi, general-mayor İlqar Abbasov. Çox təkəbbürlü idi”.
Editor.az xəbər verir ki, bunu Milli Məclisdə “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Razi Nurullayev deyib.
“O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, cənab Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı”, – deyə deputat bildirib.