RU

“Ukrayna danışıqlara qapını bağladığı üçün əməliyyat davam edəcək” – Rusiya

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya sülh istəyir, lakin Ukrayna danışıqlara qapını bağladığı üçün xüsusi hərbi əməliyyatını davam etdirəcək.

Busaat.az xəbər verir ki, Peskov Moskvada jurnalistlərin suallarını cavablandırıb.

ABŞ dövlət katibi Marko Rubionun Rusiyanın sülh istəmədiyi ilə bağlı açıqlamasına münasibət bildirən Peskov qeyd edib:

“Biz razılaşmırıq. Rusiya həqiqətən sülh istəyir və Ukrayna məsələsinin siyasi və diplomatik yollarla həllinə açıqdır.

Kiyev rejimi danışıqların qapısını bağladı. Bu səbəbdən biz xüsusi hərbi əməliyyatımızı davam etdirəcəyik. Bizim əsas məqsədimiz təhlükəsizliyimizi və maraqlarımızı təmin etmək, gələcək nəsillər üçün təhlükəsizliyimizi qorumaq və qarşımızda duran vəzifələri yerinə yetirməkdir”.

Yeganə

 

 

Избранный
43
busaat.az

1Источники