“General-mayor İlqar Abbasov çox təkəbbürlü idi”.
“Dövlət məmurları təkəbbürdən uzaq olsunlar. Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi var idi – general-mayor İlqar Abbasov, çox təkəbbürlü idi. O qədər şikayətlər alırdım. Bunu yüksək qiymətləndirirəm ki, dövlət, Prezident gördü, onu vəzifəsindən uzaqlaşdırdı”, – deyə deputat əlavə edib.
Qeyd edək ki, İlqar Abbasov ötən ay Prezidentin Sərəncamı ilə Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. O, 2022-ci ilin iyulunda sözügedən vəzifəyə təyin olunmuşdu.
“Qafqazinfo”