RU

İlham Əliyev: Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir

sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.

Futbol üzrə U-20 Dünya çempionatının final mərhələsinin Azərbaycanda və Özbəkistanda keçirilməsi Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir. Sport24.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində bildirib.

"Həmçinin idman sahəsində əməkdaşlıqda yaxşı nəticələr var. İki ölkənin birgə səyləri sayəsində FIFA İcraiyyə Komitəsi 2027-ci ildə keçiriləcək futbol üzrə U-20 Dünya çempionatının final mərhələsini Azərbaycanda və Özbəkistanda təşkil etmək qərarına gəlib. Bu, Avropa ilə Asiyanı birləşdirəcək ortaq tarixi nailiyyətdir", - deyə o qeyd edib.

Qeyd edək ki, mundial 2027-ci ildə iki ölkədə təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
19
38
sport24.az

10Источники