RU

Nazirlik jurnalistin ölümü ilə bağlı nekroloq yaydı

Mədəniyyət Nazirliyi tanınmış azərbaycanlı jurnalist, “Avronyus” telekanalının müxbiri Emin İbrahimovun vəfatı ilə bağlı nekroloq yayıb.

Bakıvaxtı.az nekroloqu təqdim edir:

“Tanınmış azərbaycanlı jurnalist, “Avronyus” telekanalının müxbiri Emin İbrahimov Türkiyədə avtomobil qəzası nəticəsində həlak olub. Ölkəmizlə bağlı yüksək peşəkarlıqla hazırladığı reportajlar, xüsusilə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsini əks etdirən süjetləri Emin İbrahimova böyük nüfuz qazandırmışdı.

O, eyni zamanda Mədəniyyət Nazirliyinin həyata keçirdiyi bir sıra layihələrin bu telekanal vasitəsilə dünyaya çatdırılmasında mühüm rol oynamışdı.

Mədəniyyət Nazirliyinin kollektivi Emin İbrahimovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Избранный
10
5
bakivaxti.az

7Источники