RU

Qaxın icra başçısı kollektivə təqdim olundu - FOTO

Azərbaycan Prezidentinin Sərəncamı ilə Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Elvin Nazim oğlu Paşayev bu gün Prezidentin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Qax Rayon İcra Hakimiyyəti məlumat yayıb. 

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib və ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

E.Paşayev ona göstərilən etimada görə minnətdarlıq edib.

"Cebheinfo.az"

Избранный
25
49
cebheinfo.az

10Источники