RU

Makron yeni müharibənin harada baş verəcəyini açıqladı - "gələcəyin savaşı orada başlayacaq..."


Fransa Prezidenti Makron Fransanın gələcək kosmik strategiyasını açıqladı və müasir münaqişələrin artıq kosmosda yaşandığını, gələcək müharibələrin də kosmosda başlayacağını deyib.

“Hazır olaq. ​​Bu, quruda, havada və dənizdə hərbi əməliyyatların uğuru üçün vacib şərt olacaq” - Makron deyib.

Yelisey Sarayının məlumatına görə, Fransa kosmosdakı təhdidlərə qarşı mübarizə aparmaq üçün yeni müdafiə imkanları inkişaf etdirir. Bunlara fərqli tezlik diapazonlarında işləyən müxtəlif lazer sistemləri və elektromaqnit maneələr daxildir. Bu texnologiyalar düşmən müşahidə peyklərini zərərsizləşdirə biləcək.

Bundan əlavə, nəzarət və müşahidə peyklərinin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Yelisey Sarayından bildirilir ki, bu peyklər "kiçik qırıcı təyyarələr kimi hərəkət edəcəklər". Çünki bu sistemlər düşmən peyklərinə yaxınlaşaraq onlara maneə yatmaq və ya onları müşahidə etmək qabiliyyətinə malik olacaqlar.

TAHİR

Избранный
10
baki-xeber.com

1Источники