RU

Politoloq prezidentliyə namizədliyini irəli sürüb

Ərəstun Oruclu növbədənkənar prezident seçkilərinə namizədliyini irəli sürdüyünü açıqlayıb
Daha bir siyasətçi 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürüb. AYNA xəbər verir ki, “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu prezidentliyə namizəd olmaq qərarına gəlib.
Bu barədə analitik özünün “Facebook” hesabında yazıb.
“Müraciət, təklif və tələbləri nəzərə alaraq, seçkilərə qatılmaq haqqında qərar verdim”, - Oruclu qeyd edib.
Qeyd edək ki, 2024-cü il fevralın 7-ə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin olunub.
Xatırladaq ki, bundan əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) sədri, Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafanın, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin, Sosial Tədqiqatlar Mərkəzinin (STM) rəhbəri Zahid Orucun və iqtisadçı Fikrət Yusifovun prezidentliyə namizədliyi irəli sürülüb.  

Избранный
466
50
ayna.az

10Источники