RU

Sabah Xətai rayonunun bir hissəsində qaz olmayacaq

Xətai rayonu, H.Salmani küçəsində yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işləri ilə əlaqədar olaraq noyabrın 14-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə məlumatı “Azəriqaz” İstehsalat Birliyi yayıb.

Təmir-bərpa işləri aparılan müddətdə H.Salmani küçəsində qaz verilişində müvəqqəti fasilə yaranacaq.

Qurum sakinlərdən təmir işlərinə anlayışla yanaşmağı xahiş edib və qaz təchizatının işlər başa çatan kimi bərpa olunacağını qeyd edib.

Избранный
26
41
anews.az

10Источники