Təyyarə qəzasında həlak olan hərbçilərinin cənazələri Türkiyəyə aparılır
Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin cənazələri bu gün Tbilisinin Şota Rustaveli hava limanından Türkiyəyə göndərilir. Metbuat.az xəbər verir ki, Cənazələrin Türkiyəyə aparılması üçün xüsusi təyyarə ayrılıb. Qeyd edək ki, Azərbaycanın Gəncə şəhərindən Türkiyəyə qayıdan “C-130” tipli hərbi təyyarə Gürcüstan sərhədində qəzaya düşüb.