RU

Alimlər xroniki yorğunluq sindromunun gizli səbəbini aşkarlayıb

Redaktor.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ-nin Maunt-Sinay Tibb Məktəbinin mütəxəssisləri xroniki yorğunluq sindromu (XYS) olan əksər xəstələrdə gizli nəfəs pozuntularının mövcud olduğunu müəyyən ediblər. Bu pozuntular xəstəliyin əlamətlərini gücləndirir.

Redaktor.az xəbər eveir ki, araşdırma "Frontiers in Medicine" jurnalında dərc olunub.

Xroniki yorğunluq sindromu davamlı enerji itkisi, zehni bulanıqlıq və kiçik fiziki və ya zehni yükdən sonra vəziyyətin pisləşməsi ilə xarakterizə olunur. Yeni məlumatlara görə, XYS-li xəstələrin 71%-ində hiperventilyasiya və disfunksional nəfəs, yəni ağciyərlərin kifayət qədər hava ilə dolmaması ilə nəticələnən səthi nəfəs alıb-vermə əlamətləri müşahidə olunub.

Tədqiqatda 57 XYS-li xəstə və 25 sağlam könüllü iştirak edib. Onlar iki günlük kardiorespirator testdən keçib, nəfəs tezliyi, qan oksigenlə doyması və ürək fəaliyyəti ölçülüb. Hər iki qrupda oksigenin istifadə həcmi oxşar olsa da, XYS-li xəstələrdə qısa nəfəs və hiperventilyasiya əlamətləri daha çox müşahidə olunub.

Alimlərin sözlərinə görə, bu pozuntular başgicəllənmə, nəfəs darlığı, sürətli nəbz, artan yorğunluq və narahatlığa səbəb olur. Nəfəs problemlərinin səbəbi kimi vegetativ sinir sisteminin pozulması, disavtonomiya ehtimal olunur.

Tədqiqatçılar hesab edirlər ki, nəfəsin korrektəsi xroniki yorğunluğun müalicəsində yeni istiqamət ola bilər. Mümkün metodlar arasında nəfəs məşqləri, yoga, üzgüçülük və yüngül fiziki fəaliyyət göstərilir ki, bu da qanda karbon qazının səviyyəsini normallaşdırmağa və optimal nəfəs dərinliyini bərpa etməyə kömək edir.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
12
1
redaktor.az

2Источники