RU

Avropanı bürüyən sirli dronlar Qərbi hərəkətə keçirdi

Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Son vaxtlar Avropa ölkələrində tez-tez müşahidə edilən və heç cür ələ keçməyən sirli dronlar Qərb ölkələrində ciddi təlaşa səbəb olub. Belə ki, gözlənilmədən peyda olan, xüsusən strateji obyektlərin – hərbi bazaların, neft emalı müəssisələrinin, hava limanlarının və s. üzərində görünən bu dronlar insanlarda təşviş doğurmaqda, təhlükəsizliklə bağlı ciddi problemlər yaratmaqdadır.

Moderator.az ABŞ hərbi nəşrinə istinadən xəbər verir ki, sirli dronlarla bağlı yaranmış vəziyyət Qərbi qəti addımlar atmağa vadar edib. Belə ki, naməlum dronları zərərsizləşdirmək üçün elmin və texnologiyanın ən müasir nailiyyətlərinə əsaslanan anti-dron cihazları hazırlanmaqdadır.

Dron əleyhinə məşhur mübarizə şirkəti “MyDefence”-nin də bu prosesdə yaxından iştirak etdiyi bildirilir. Avropanın bəzi hissələrində “dron divarı”nın inşası da sirli dronlara qarşı alternativ mübarizə üsullarından biri kimi qiymətləndirilir.

Mütəxəssislər isə hesab edir ki, naməlum dronlara qarşı görülən tədbirlərin nə qədər effektiv olduğu yalnız real tətbiq zamanı bəlli olacaq.

Seymur ƏLİYEV

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
11
1
moderator.az

2Источники