RU

Təyyarə qəzasında həlak olan hərbçilərin nəşi Gürcüstandan Türkiyəyə yola salınıb - YENİLƏNİB

Türkiyənin "C-130 tipli" hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin nəşini daşıyan təyyarə Türkiyəyə yola düşüb.

Moderator.az bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, təyyarə Gürcüstanın paytaxtı Tbilisidən havaya qalxıb.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

19:10

Gürcüstanda baş verən təyyarə qəzasında həlak olan Türkiyə hərbçilərinin cənazələri bu gün Tbilisinin Şota Rustaveli hava limanından Türkiyəyə göndərilir.

Moderator.az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Cənazələrin Türkiyəyə aparılması üçün xüsusi təyyarə ayrılıb.

Şəhid olan 20 hərbçinin nəşlərini daşıyan "Koca Yusuf" A400M təyyarəsinin bir neçə saat sonra Tbilisi Beynəlxalq Hava Limanından Ankaraya hərəkət edəcəyi bildirilib.

Qeyd edək ki, noyabrın 11-də Gürcüstan ərazisində Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi təyyarəsi qəzaya uğrayıb. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və yerli sakinlər tərəfindən aşkar edilib.

Hadisə nəticəsində göyərtədə olan 20 Türkiyə hərbçisi şəhid olub. Gürcüstan və Türkiyə aidiyyəti qurumları tərəfindən birgə istintaq və texniki araşdırma davam etdirilir.

Избранный
28
2
moderator.az

10Источники