RU

“Kiprdə həll yalnız iki dövlət əsasında mümkündür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kiprdə nizamlanmanın yalnız iki dövlət əsasında mümkün olduğunu bildirib.

Busaat.az xəbər verir ki, Ərdoğan bu barədə Ankarada özünü Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yeni lideri Tufan Erhürmanla danışıqlardan sonra deyib.

“Biz Şimali Kipr xalqını tək qoymayacağıq, Kiprdə nizamlanma məsələsində mövqeyimiz son dərəcə aydındır.

Hesab edirik ki, problemin ən real həlli adada iki dövlətin mövcudluğu əsasında mümkündür”, – deyə Ərdoğan bildirib.

Xatırladaq ki, oktyabrın 19-da keçirilən KKTC prezident seçkilərində Erhürman 62,76% səs toplayaraq qalib gəlib.

Yeganə

 

Избранный
32
1
busaat.az

10Источники