RU

“Barselona” ona elçi düşdü

İspaniyanın “Barselona” klubu “Liverpul”un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberxin transferi ilə ciddi maraqlanır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fichajes” nəşri məlumat yayıb.

Məlumata görə, Kataloniya təmsilçisi 23 yaşlı futbolçu üçün İngiltərə klubuna 50 milyon avro təklif etməyə hazırlaşır və bu məbləğin danışıqların başlanması üçün kifayət edəcəyinə inanır.

Hansi Flikin komandası müdafiəyə meylli, oyunu sərtləşdirən və səmərəli ötürmələr edən yarımmüdafiəçi axtarır. Qravenberxin isə bu tələblərə tam uyğun olduğu bildirilir.

Qeyd edək ki, bu mövsüm futbolçu “Liverpul”un heyətində bütün turnirlər üzrə 12 oyun, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Избранный
25
4
bakivaxti.az

5Источники