Restoranda baş verən partlayış zamanı yaralanan qadın işçi bir neçə gün sonra həyatını itirib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən restoranların birində baş verib.
Məlumata görə, partlayışa səbəb qaz sızması olub.
Hadisədən sonra restoranın təmizlik işçisi - 55 yaşlı Məlahət Cəfərova iş yoldaşlarına yaxınlaşaraq yaralandığını deyib. Daha sonra o, xəstəxanaya çatdırılıb.
Restoranın işçisi Xaliq İbrahimovun sözlərinə görə, Məlahət Cəfərovanın xəstəxanada vəziyyəti yaxşı olsa da, o bir neçə gün sonra həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.