RU

Ərdoğan və Şimali Kipr Prezidenti ortaq açıqlama veriblər

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) Prezidenti Erhürman Ankarada birgə mətbuat açıqlaması veriblər. TurkicWorld xəbər verir ki,Prezident Ərdoğan çıxışında Kıbrıs məsələsində Türkiyənin prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayaraq bildirib ki, adada ədalətli, davamlı və reallıqlara uyğun həll yoluna nail olmaq üçün mübarizə KKTC rəhbərliyi ilə sıx koordinasiya şəklində davam etdiriləcək.

Ərdoğanın sözlərinə görə, Rum tərəfi nə siyasi gücü, nə də iqtisadi rifahı adadakı türklərlə bölüşmək niyyətindədir və Kipr türklərini azlıq statusuna endirməyə çalışır. O, Avropa İttifaqının Rum administrasiyasını üzv qəbul etməsinin də bölgədə balansı pozduğunu vurğulayıb.

“Kiprdə ən realist həll iki dövlətin yan-yana mövcudluğunda mümkündür. Dünənin şərtləri ilə bugünün problemlərini həll etmək mümkün deyil. Türkiyə hər zaman ədalətli və nəticəyönümlü mövqeyini Kıbrıs türkləri ilə birlikdə davam etdirəcək,” – deyə Prezident Ərdoğan bildirib. O əlavə edib ki, KKTC-nin beynəlxalq aləmdə layiqincə təmsil olunması üçün siyasi və diplomatik səylər davam etdiriləcək.

KKTC Prezidenti Erhürman çıxışında Türkiyə-KKTC münasibətlərinin hər dövrdə xüsusi xarakter daşıdığını qeyd edib. O bildirib ki, Kiprin cənubunda silahlanmanın artdığı bir mərhələdə Türkiyənin bölgənin təhlükəsizliyi və müzakirə prosesində rolu həlledicidir.

“Heç kim düşünməsin ki, Türk xalqı masada olmayacaq. Əhatəli masa qurularsa orada olacağıq, qurulmadıqda isə qarşılıqlı faydaya əsaslanan danışıqlar masasında yerimizi alacağıq,” – deyə Erhürman qeyd edib.

Görüşdə tərəflər Kipr məsələsində dialoqun, bərabərhüquqluluğun və adada uzunmüddətli, davamlı həll yolunun vacibliyini vurğulayıblar.

Избранный
36
24
turkic.world

10Источники