RU

Ərdoğan: Kipr probleminin həlli iki dövlətin varlığından keçir

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Kipr məsələsinin ən ədalətli və real həlli adada iki müstəqil dövlətin birgə mövcudluğundadır.

Milli.Az xəbər verir ki, bu sözləri Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yeni seçilən Prezidenti Tufan Erhürmanla görüşdən sonra etdiyi çıxışında deyib.

19 noyabr 2025-ci ildə keçirilən prezident seçkilərində səslərin 62,76 faizini toplayaraq qalib gələn Tufan Erhürman ənənəyə uyğun olaraq ilk xarici səfərini Türkiyəyə edib.

Ərdoğan Erhürmanı Prezident Sarayında (Külliyə) rəsmi mərasimlə qarşılayıb. Görüşdən sonra iki lider Kipr məsələsi və Türkiyə-ŞKTC əlaqələrini müzakirə edib.

Ərdoğan çıxışında deyib: "Kipr milli davamızdır. Biz inanırıq ki, adada ədalətli və qalıcı həll yalnız iki dövlətin bir yerdə var olması ilə mümkündür. Rum tərəfi bu günə qədər türklərin suveren bərabərliyini və beynəlxalq hüquqda bərabər statusunu qəbul etməyib. Buna görə də problem həll olunmayıb."

Ərdoğan həmçinin BMT və Avropa İttifaqının keçmişdə etdiyi səhvlərin də məsələnin bu vəziyyətə gəlməsində rol oynadığını vurğulayıb:

"Rum tərəfi 1963-cü ildə türkləri silah gücü ilə ortaq dövlətdən uzaqlaşdırdı, amma AB onları üzv qəbul etdi. Bu, Kipr türklərinin haqsızlıqlara məruz qalmasına səbəb oldu. Biz Kipr türklərinin rifahını artırmaq, onların dünyadan təcridini azaltmaq üçün çalışırıq. ŞKTC-nin beynəlxalq aləmdə tanınması və haqsızlıqların dünya ictimaiyyətinə çatdırılması üçün siyasi və diplomatik səylərimizi davam etdirəcəyik. Anavətən kimi, Kipr türklərini heç vaxt tək qoymayacağıq."

Tufan Erhürman isə çıxışında Türkiyəyə təşəkkür edərək bunları deyib:

"Türkiyə ilə münasibətlərimiz heç bir ölkə ilə müqayisə edilə bilməyəcək qədər özəldir. Mənim üçün bu ilk rəsmi səfəri burada etmək böyük qürurdur. Kipr türk xalqı adanın hər yerində suverenlik haqqına malikdir."

Erhürman əlavə edib ki, Kipr probleminin həlli dialoq və əməkdaşlıqdan keçir:

"Artıq nəticə verməyən metodlara qayıtmaq olmaz. Kıbrıs türkləri hər zaman sülh və ədalət tərəfdarı olub. Kimse bizi masadan kənarda qoya bilməz. Əgər ədalətli danışıqlar masası qurularsa, biz də orada olacağıq."

Lalə Qüdrətova

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
13
1
news.milli.az

10Источники