Ukrayna tərəfində Rusiyaya qarşı döyüşən “Rusiya Azadlığı Legionu” müqavimət hərəkatı düşmənin dəmir yolu logistikasını sıradan çıxarmaq üçün genişmiqyaslı əməliyyat həyata keçirib.
Bu barədə “Müqavimət”in mətbuat xidməti 6 noyabrda məlumat verib. Hərəkatın məlumatına görə, üsyançılar cəbhəyə silah, sursat və avadanlıq daşımaq üçün istifadə edilən anbarlara və lokomotivlərə hücum ediblər: “Əməliyyat nəticəsində idarəetmə və enerji sistemləri tamamilə yanıb və bu qatarların bərpasını qeyri-mümkün edib.
Zədələnmiş infrastruktur resursların ötürülməsini əhəmiyyətli dərəcədə ləngidib və Rusiya ordu bölmələrinə təchizatın sabitliyini pozub. Legionun müqaviməti güclənməyə və ölkə daxilində yayılmağa davam edir – Putinin əclafları qorxu içində yaşayacaq və “təhlükəsizlik”in nə demək olduğunu unudacaqlar”, – deyə bəyanatda bildirilir.
//Samir Qurbanov, Editor.az