Altı dəfə “Böyük Dəbilqə” qalibi və dünya birincisi ispaniyalı tennisçi Karlos Alkaras İtaliyanın ikinci raketi Yannik Sinnerin turda ona nə qədər vacib olduğunu açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, “Mundo Deportivo” Alkarasın dediklərini belə çatdırıb.
“Bəli, Sinner mənim üçün vacibdir. Mən hesab edirəm ki, o, mənə, tennisə və idmana lazımdır. Onun etdiyi hər şey mənim üçün əhəmiyyətlidir, çünki bütün il üz-üzə rəqabət aparırıq. Bu, mənim və komandamın maksimum səylə çalışmasını tələb edir. Sinner olduğuna görə minnətdaram, o, məni daha yaxşı oyunçu edir”.
Tennisçi əlavə edib ki, istirahət zamanı hər kəs öz yolunu gedir və ilin qalan hissəsində kifayət qədər ünsiyyətləri olur.