Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri bu gün 2 idman növündə çıxış edəcəklər.
İdmançılarımızdan Xəyal Əliyev (60-65 kq) muaytay, Leyla Əbdüləzizova isə duatlon yarışlarının finalında mübarizə aparacaqlar.
Qeyd edək ki, Azərbaycan 36 mükafatla (5 qızıl, 12 gümüş, 19 bürünc) medal sıralamasında hazırda 7-ci pillədə qərarlaşıb.
İslamiadaya noyabrın 21-də yekun vurulacaq.