RU

Oval ofisdə maraqlı anlar VİDEO

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp Oval Ofisdəki gərgin gündəmindən qısa müddətlik ayrılaraq onu ziyarət edən uşaqlarla vaxt keçirib. 

"Fox News"-un məlumatına görə, jurnalist Salena Zito-nun nəvələri olduğu bildirilən balaca qonaqlarla söhbət edən Tramp onlara müxtəlif hədiyyələr verib. Həmin anlar prezidentin kommunikasiya müşaviri Marqo Martin tərəfindən çəkilərək sosial şəbəkələrdə paylaşılıb və görüntülər qısa zamanda yüz minlərlə baxış toplayıb.

Videoda uşaqlardan birinin Tramp-a adını soruşduğu, Prezidentin isə gülümsəyərək “Mənim adım Donald” cavabını verdiyi eşidilir. Kadrlar həmçinin Trampın balaca qonaqlarına bir neçə hədiyyə təqdim etdiyini göstərir.

Sosial şəbəkələrdə geniş müzakirə olunan videoya çoxlu şərhlər gəlib. 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
135
azpolitika.info

1Источники