RU

Növbəti köç karvanı Ağalı kəndinə çatdı

ZƏNGİLAN, 14 noyabr. TELEQRAF

Zəngilan rayonun Ağalı kəndinə köç prosesi reallaşıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə qayıdış proqramına uyğun olaraq respublikanın müxtəlif yerlərindən yola salınan 41 ailə olmaqla, 110 nəfər Ağalıya çatıb.

Kəndə çatan ailələrə sahib olduqları evlərin açarları təqdim edilib.

Qeyd edək ki, Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlardan 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb.

Избранный
28
teleqraf.com

1Источники