Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin 9 ayı ərzində 36332 nikah və 15480 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7- yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşmüşdür. Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (5,8), Qarabağ (5,7), Dağlıq Şirvan və Lənkəran-Astara (5,2), Bakı, QubaXaçmaz və Mərkəzi Aran (4,8) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,7) yüksək olmuşdur. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 2521 nəfər gələn, Azərbaycandan isə 1564 nəfər gedən qeydə alınmış, ölkə üzrə miqrasiya saldosu müsbət 957 nəfər təşkil etmişdir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта