RU

Türkiyədə cinayətkarlara qarşı geniş əməliyyat keçirilib - Azərbaycan polisi məlumat veribmiş

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya narkoticarətlə əlaqəsi olan şəxslərin saxlanılması üzrə genişmiqyaslı əməliyyatın keçirildiyini bildirib.

Avtosfer.az xəbər verir ki, “Orkinos Bulut-2” kod adı altında həyata keçirilən əməliyyat Türkiyənin 22 vilayətini əhatə edib və narkotik vasitələrin ticarəti və yayılması ilə məşğul olan beş beynəlxalq cinayətkar qrupun üzvlərinə qarşı yönəlib.

A.Yerlikaya qeyd edib ki, saxlanılan 138 nəfər arasında üç mütəşəkkil cinayətkar qrupun başçıları da var. O vurğulayıb ki, əməliyyatın hazırlanması zamanı Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin hüquq-mühafizə orqanları ilə məlumat və sənəd mübadiləsi həyata keçirilib.

647 daşınmaz əmlak obyektinə, bir holdinqə, 113 şirkətə, bir quru yük gəmisinə, eləcə də çoxsaylı bank hesablarına həbs qoyulub.

Избранный
14
5
avtosfer.az

6Источники