“Çelsi” qış transfer pəncərəsi üçün hazırlıqları davam etdirir.
İdmanxeber.az-ın məlumatına görə, Fabritsio Romano London klubunun “İndependiente del Valle”nin 16 yaşlı talentı Deiner Ordonezinin transferi ilə razılığa gəldiyini bildirib.
Müqavilə qışda imzalanacaq, lakin futbolçu komandaya 2028-ci ildə qoşulacaq.
“Çelsi” gənc oyunçunun gələcəkdə Levi Kolvillin əvəzləyicisi ola biləcəyini hesab edir.