RU

Ekologiya Nazirliyinin qurumu 98 min manatlıq avadanlıq alır – tenderdə 5 manatlıq şirkət “Testtech” MMC qalib gəldi

Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti maşın və avadanlıqların satınalınması ilə bağlı tender keçirib.

Paytaxt.org 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi “Testtech” MMC olub və qurumla şirkət arasında 98.146,5 manat dəyərində müqavilənin bağlanması gözlənilir.

Satınalmaya motorlu otbiçən və motorlu mişar, həmçinin kondisioner, printer və monoblok kompüter dəsti daxildir.

Məlumat üçün bildirək ki, hazırkı qalib “Testtech” MMC əslində 2017-ci ilin 26 sentyabrında “Aztoner” MMC adı ilə yaradılıb və şirkətin adı 2023-cü il 20 fevral tarixində dəyişdirilərək “Testtech” MMC olub. Şirkətin nizamnamə kapitalı cəmi 5 manatdır, qanuni təmsilçisi isə Amid Ağayev Ağalar oğludur.

Xatırladaq ki, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfovdur.

Избранный
330
17
paytaxt.org

10Источники