RU

Hindistanda polis bölməsində partlayış baş verib, yaralananlar var

Hindistanın şimalındakı Cammu və Kəşmir bölgəsindəki Novgam polis bölməsində aparılan axtarış zamanı partlayış baş verib və nəticədə ən azı səkkiz nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “Hindustan Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

"Cümə günü Novgam polis bölməsində baş verən partlayış nəticəsində ən azı səkkiz nəfər yaralanıb. Partlayış polis əməkdaşları bölmənin içərisində axtarış apararkən baş verib", - məlumatda bildirilir.

Məlumata görə, partlayış bölmədəki bir neçə nəqliyyat vasitəsinə də zərər vurub.

Избранный
25
2
apa.az

3Источники