RU

Çin maşını "Chery" Land Rover reklamını təkrarlaya bilmədi - biabırçı görüntülər - VİDEO

"Chery" şirkətinin Tyanmən sınağı uğursuzluqla nəticələndi

Musavat.com xəbər verir ki, Çin istehsalçısı Chery Automobile məşhur Land Rover reklamını təkrarlamaq məqsədilə qeyri-adi nümayiş keçirməyə cəhd edib. Sınaq çərçivəsində şirkət Chery Fulwin X3L modelini Tyanmən dağının məşhur uzun pilləkənləri ilə yuxarı qaldırmağa çalışıb. Lakin test planlaşdırıldığı kimi həyata keçirilməyib və proses tam uğursuzluqla başa çatıb.

Hadisənin görüntülərində avtomobilin pilləkənlərlə qalxarkən sürüşdüyü, bir neçə dəfə idarəetməni itirdiyi və nəticədə cəhdin yarımçıq dayandırıldığı açıq şəkildə görünür. Sosial şəbəkələrdə bu kadrlar “gözlənti və reallıq” müqayisəsi ilə geniş müzakirə olunub. 

Chery şirkəti insidentdən sonra rəsmi açıqlama yayaraq sınaq zamanı risklərin lazımi qaydada dəyərləndirilmədiyini etiraf edib. İstehsalçı obyektə – pilləkən konstruksiyasına – dəyən ziyana görə təəssüfünü ifadə edib və bütün bərpa işlərini öz hesabına həyata keçirəcəyini bildirib.

Sınağın uğursuzluğu Çin avtomobil ictimaiyyətində və beynəlxalq avto-mətbuatda geniş rezonans doğurub. Videonu sosial şəbəkələrdə ilk yayanlar arasında jurnalist Collin Rugg da olub.

 

Musavat.com

Избранный
63
musavat.com

1Источники